BİRGƏ İNKİŞAF. BİRGƏ GƏLƏCƏK
Universitet və biznesarasında körpü
Müasir iqtisadiyyatın dinamik inkişafı və əmək bazarının sürətlə dəyişən tələbləri ali təhsil müəssisələri ilə biznes strukturları arasında funksional əməkdaşlığın zəruriliyini ön plana çıxarır

Gələcəyin Həlləri
İnnovasiya və qabaqcıl texnologiyalar əsasında yeni imkanlar yaradırıq.

Akademik Tərəfdaşlıqlar
Universitetlərlə uzunmüddətli strateji əməkdaşlıqlar.

Potensialın Kəşfi
İstedadların üzə çıxarılması və davamlı inkişafın dəstəklənməsi.
✨ BERC AI MƏSLƏHƏTÇİ
Biznesinizlə bağlı sualınız var? AI məsləhətçimizlə danışın.
Biznes inkişafı, strategiya, karyera və layihələrinizlə bağlı ilkin istiqamətləndirməni dərhal əldə edin.
Müasir iqtisadiyyatın dinamik inkişafı və əmək bazarının sürətlə dəyişən tələbləri ali təhsil müəssisələri ilə biznes strukturları arasında funksional əməkdaşlığın zəruriliyini ön plana çıxarır. Bu əməkdaşlıq modeli yalnız akademik biliklərin istehsalat və xidmət sahələrinin ehtiyaclarına uyğunlaşdırılması ilə kifayətlənmir, həmçinin tələbələrin peşəkar bacarıqlarının formalaşması və praktik təcrübələrinin artırılması baxımından strateji əhəmiyyət daşıyır. Təhsil və biznes arasında qurulan bu sinerji, uzunmüddətli sosial-iqtisadi inkişafın mühüm təməl sütunlarından biri kimi çıxış edir.
Fəaliyyət istiqamətləri

Tələbələrə və gənc mütəxəssislərə real iş şəraitində təcrübə qazanmaq imkanı yaradılır; staj proqramları, iş sahələrində təcrübə keçmə imkanları və layihə əsaslı təlimlərlə tələbələrin nəzəri biliklərini praktik bacarıqlara çevirmək dəstəklənir.
Proqramlar sənaye standartlarına uyğun olaraq hazırlanır və peşəkar karyera inkişafını təşviq edir.

Biznes liderləri tədqiqatçılara və startaplara mentorluq xidməti göstərilir. Bu proqramlar yeni təşəbbüslərin inkişafına, investorlarla əlaqələrin qurulmasına kömək edir.

İnnovativ ideyaların inkişaf etdirilməsi və bazara çıxarılması üçün platformalar təşkil edilir; startaplar üçün xüsusi hazırlanmış inkubasiya və akselerasiya proqramlarının dəstəklənməsini təmin edir.

Akademik araşdırmaların kommersiyalaşdırılmasına dəstək verilir; elmi nəticələrin sənayenin real ehtiyacları ilə uyğunlaşdırılması üçün praktiki yanaşmalar və konsultativ dəstək göstərilir.
Birgə Gələcəyi Formalaşdırırıq
UBƏM universitetlər, tələbələr və biznes tərəfdaşları arasında dayanıqlı əməkdaşlıq mühiti yaradaraq elmi biliklərin real dəyərə çevrilməsinə töhfə verir.














